Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Deputat: Azərbaycan Prezidentinin daxili siyasətində sosial ədalət,əhalinin rifahı prioritet istiqamət təşkil edir
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Xəbərlər, Siyasət > Deputat: Azərbaycan Prezidentinin daxili siyasətində sosial ədalət,əhalinin rifahı prioritet istiqamət təşkil edir

Deputat: Azərbaycan Prezidentinin daxili siyasətində sosial ədalət,əhalinin rifahı prioritet istiqamət təşkil edir


Prezident İlham Əliyevin rəhbərlik dövrü müasir-müstəqil Azərbaycanın tarixində sürətli iqtisadi inkişaf, dövlətin təşəkkül tapması, qüdrətinin artması, beynəlxalq nüfuzunun yüksəlməsi uğurlar və böyük qələbələr dövrü kimi qalacaq. 2003-cü ildə Azərbaycan xalqının səsini və etimadını qazanaraq Prezident seçilən İlham Əliyevin ölkəyə rəhbərlik etdiyi dövr ərzində iqtisadiyyat xeyli böyümüş, ümumi daxili məhsul 3,2 dəfə artmış, vətəndaşların sosial rifah halı yüksəlmişdir. Bu illər ərzində nominal əməkhaqqı 8,6 dəfə, minimum əməkhaqqı 12,9 dəfə, orta aylıq əməkhaqqı 7 dəfə, pensiyalar isə 10 dəfə yüksəlmişdir. Bu dövrdə Azərbaycan özünün iqtisadi və siyasi islahatlarını tam başa çatdırmış, 2018-ci ildən sonra isə dərin sosial islahatlar dövrünə qədəm qoymuşdur. 2018-ci il aprelin 11-də Azərbaycan xalqının növbəti dəfə etimadını qazanaraq böyük səs çoxluğu ilə Prezident seçilən İlham Əliyev əhalinin sosial müdafiəsinin gücləndirilməsi, sosial rifahın və sosial ədalətin bərqərar olması, vətəndaşlarımızın inkişaf etmiş bir dövlətdə yaşaması üçün lazım olan hər şeyi yerinə yetirəcəyini bəyan etdi. Təsadüfi deyil ki, İlham Əliyevin dördüncü dəfə Prezident seçiləndən sonra verdiyi ilk fərman şəhid ailələrinin sosial müdafiəsinin gücləndirilməsi ilə bağlı olub. Həmin dövrdə Prezident dərin islahatların anonsunu verdi, Azərbaycanın dövlət büdcəsində əlavə vəsaitlər nəzərdə tutuldu.

Bu sözləri açıqlamasında Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev deyib.

Onun sözlərinə görə, 2019-cu ilin yanvarında Prezident İlham Əliyevin 30-dan çox fərman və sərəncamı əsasında iki geniş sosial islahatlar zərfi qəbul edildi. Bundan sonrakı dövrdə - 2021-ci ilin sonu 2022-ci ilin əvvəlində üçüncü sosial islahatlar paketi qəbul olundu ki, bu da sosial sahəyə yönələn maliyyə vəsaitinin 6,5 milyard manat həcmində böyüməsinə səbəb oldu. Ümumiyyətlə, 2018-2022–ci illər ərzində Azərbaycanda minimum əməkhaqqı 2,3 dəfə, orta aylıq əməkhaqqı 40 faiz, median əməkhaqqı 74 faiz, minimum pensiya 2,2 dəfə, orta pensiya 65 faiz artmışdır.

“44 gün vətən müharibəsində Prezident İlham Əliyev Ali Baş komandan kimi öz xalqını ordusunun ətrafında birləşdirərək Azərbaycan torpaqlarını işğaldan azad etməyə müvəffəq oldu. Müharibədən sonrakı dövrdə isə şəhid ailələrinin və Qarabağ qazilərinin sosial müdafiəsi də Prezidentin daxili siyasətində prioritet istiqamət kimi qiymətləndirilir. Ümumiyyətlə şəhid ailələrinin və Qarabağ qazilərinin mənzil təminatının həyata keçirilməsi istiqamətində Prezidentin tapşırığı ilə böyük işlər görülüb. İndiyə qədər 12 min 500 şəhid ailəsi və Qarabağ qazisi hər cür şəraiti olan mənzillərlə təmin olunub. Təkcə ötən il bu qəbildən olan insanlara 3 mindən çox mənzil verilib. Prezidentin tapşırığı ilə 2025-ci ilə qədər bütün Qarabağ qaziləri və şəhid ailələri mənzillərlə təmin olunacaqlar. Şəhid ailələrinə birdəfəlik yardımların, ödəmələrin verilməsi prosesi demək olar başa çatıb. Müharibədə yaralanan, sağlamlıq imkanlarını itirən və dayaq-hərəkət funksiyaları pozulan qazilərə indiyədək 7400 avtomobil verilib. Son nəsil olan elektron və müasir texnologiya ilə çalışan protezlərin ölkəmizə gətirilməsi və 200-dən çox Qarabağ qazisinin həm aşağı, həm yuxarı ətraflarının protezləşdirilməsi də Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban Əliyevanın bu qəbildən olan insanlara qayğısının ifadəsidir. Ümumiyyətlə, postmüharibə dövründə müharibədən zərər çəkmiş 40 min vətəndaşa 46 min istiqamətdə xidmət dövlət vəsaiti hesabına göstərilib. 1200 nəfər əlilə 16 min reabilitasiya vasitələri verilib. Bu proses bundan sonra da davam edəcək”,- deyə Milli Məclisin deputatı qeyd edib.

Musa Quliyev bildirib ki, Azərbaycan Prezidentinin daxili siyasətində sosial ədalət, rifah prioritet istiqamət təşkil edir. Azərbaycan xalqı öz sabahından arxayındı və inanır ki, Azərbaycan dövləti hər an öz vətəndaşının arxasındadır.

Geri dön