Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > "Superbet Chess Classic": Şəhriyar Məmmədyarovun rəqibləri müəyyənləşib
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm, İdman > "Superbet Chess Classic": Şəhriyar Məmmədyarovun rəqibləri müəyyənləşib

"Superbet Chess Classic": Şəhriyar Məmmədyarovun rəqibləri müəyyənləşib


Qrosmeysterimiz Şəhriyar Məmmədyarovun Rumıniyanın paytaxtı Buxarestdə mayın 4-dən 14-dək keçiriləcək "Grand Chess Tour" seriyasının ilk mərhələsi olan "Superbet Chess Classic" turnirindəki bütün rəqibləri müəyyənləşib.

Yarışda şahmatçımızla yanaşı, Alireza Firuzca, Maksim Vaşye-Laqrav (hər ikisi Fransa), ABŞ təmsilçiləri Levon Aronyan, Fabiano Karuana, Uesli So, Leyner Dominges, Yan Nepomnyaşi (FIDE), macarıstanlı Riçard Rapport və Boqdan Daneel-Dyak (Rumıniya) mübarizə aparacaqlar.

Dairəvi sistem üzrə təşkil olunacaq turnirin ümumi mükafat fondu 350 min ABŞ dolları təşkil edir.

Xatırladaq ki, Şəhriyar Məmmədyarov 2021-ci ildə keçirilmiş "Superbet Chess Classic" turnirinin qalibi adına layi görülüb.

Geri dön