Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Misirdə ağır yol qəzasında azı 10 nəfər ölüb
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm, Hadisə > Misirdə ağır yol qəzasında azı 10 nəfər ölüb

Misirdə ağır yol qəzasında azı 10 nəfər ölüb


Misirin Asuan əyalətindəki Əbu-Simbel rayonunda avtobusun qarşıdan gələn nəqliyyat vasitəsi ilə toqquşması və yanması nəticəsində azı 10 nəfər ölüb, 14 sərnişin yaralanıb.

Misirin Daxili İşlər Nazirliyinə istinadla xəbər verir ki, qəzada ölənlərin 4 nəfəri Fransa, biri isə Belçika vətəndaşıdır. Yaralıların da 12-si fransız və belçikalı turistlərdir. Misirin Baş Prokurorluğu insidentlə bağlı cinayət işi qaldırıb, polis hadisənin baş verdiyi ərazidə təhqiqat aparır.

Misir Prezidenti Əbdülfəttah əs-Sisi həlak olanların ailələrinə və yaxınlarına başsağlığı mesajı yayımlayıb, yaralı turistlərin müalicəsi üçün müvafiq strukturlara tapşırıq verib.

Geri dön