Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > BMA-da növbəti konsert - “Şopen musiqi axşamı”
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm, Mədəniyyət > BMA-da növbəti konsert - “Şopen musiqi axşamı”

BMA-da növbəti konsert - “Şopen musiqi axşamı”


Aprelin 13-də Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasında (BMA) Almaniyanın Trossingen Dövlət Universitetinin doktorantı, prezident təqaüdçüsü, beynəlxalq müsabiqələr laureatı Murad Abbasov konsert proqramı ilə çıxış edib.

BMA-dan bildirilib ki, “Şopen musiqi axşamı” adlı konsertdə ifaçı tərəfindən romantizm dövrünün görkəmli bəstəkarlarından olan Friderik Şopenin əsrarəngiz musiqi nömrələri səsləndirilib.

Bir-birindən gözəl ifaların təqdim olunduğu konsert proqramı maraqla qarşılanıb.

Qeyd edək ki, “Şopen musiqi axşamı” adlı konsert Bakı Musiqi Akademiyasının 100 illiyinə həsr olunub.

Geri dön