Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > “Re: Art” incəsənət agentliyinin və saytının təqdimatı keçirilib
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm, Mədəniyyət > “Re: Art” incəsənət agentliyinin və saytının təqdimatı keçirilib

“Re: Art” incəsənət agentliyinin və saytının təqdimatı keçirilib


Aprelin 14-də Bakı Fotoqrafiya Evində “Re: Art” incəsənət agentliyinin və saytının təqdimatı keçirilib.

Tədbirdə agentliyin iştirakçı rəssamları Nərgiz Əsgərova, Şəlalə Salamzadə, Emin Mathers, Ləman Məmmədova və Leyli Salayevanın əsərlərinin videotəqdimatı nümayiş olunub və böyük maraqla qarşılanıb.

Təqdimat mərasimində çıxış edən "Mədəni üfüqlər" layihəsinin müəllifi Beynəlxalq ekspert, Əməkdar incəsənət xadimi Cahangir Səlimxanov bildirib ki, 2020-ci ildə Almaniyanın Federal Xarici İşlər Nazirliyi və Goethe İnstitutu koronavirus pandemiyasının xarici ölkələrdəki mədəniyyət təşkilatlarına təsirinə cavab olaraq Mədəniyyət və Təhsil Təşkilatlarına yönəlmiş Beynəlxalq Yardım Fondunu (International Relief Fund) yaradıb: “2021-ci il Beynəlxalq Yardım Fondu xarici ölkələrdə 200-dən çox mədəniyyət və təhsil layihəsini dəstəkləyib. Ümumilikdə 65 ölkədən 500-dən çox müraciətdən 216 layihə münsiflər heyəti tərəfindən maliyyələşdirilməsi təsdiqlənib. 2021-ci ilin sentyabrından 2022-ci ilin fevralına qədər Afrika, Yaxın və Orta Şərqdəki, Şərqi və Cənub-Şərqi Avropa, Orta və Cənub-Şərqi Asiya, Mərkəzi və Cənubi Amerikadakı təşkilatlar pandemiyaya bağlı məhdudiyyətlərə əks olaraq, öz fəaliyyətlərini davam etdirə biləcəklər. Biz bu çağırışa 2021-ci ildə təklifimizi göndərdik və maraqla qarşılandı. Təxminən 45 nəfər iştirakçıdan ibarət kursa onlayn şəkildə yaradıcı layihələrin gerçəkləşdirilməsi ilə bağlı tövsiyələr də etmişəm”.

Bu, Agentliyin “Mədəni üfüqlər” layihəsi çərçivəsində incəsənət xadimləri, mədəniyyət fəalları və yaradıcı sahibkarlar üçün təşkil etdiyi 6-cı layihədir.

Bu layihənin konkret missiyası gənc rəssamların təbliği ilə məşğul olan agentliyin qurulması, daha çox rəssam və digər incəsənət xadimi arasında əməkdaşlıq yaratmaqdır.

Qeyd edək ki, agentliyin rəhbəri Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin pedaqoqu, gənc sənətşünas Mehbarə Abbasovadır.

Geri dön