Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > İsrail Suriyada İrana məxsus hərbi hədəflərə zərbə endirib
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz > İsrail Suriyada İrana məxsus hərbi hədəflərə zərbə endirib

İsrail Suriyada İrana məxsus hərbi hədəflərə zərbə endirib


Fransa xəbər agentliyi aprelin 14-də Suriyanın paytaxtı Dəməşqin yaxınlığında bir neçə güclü partlayışın baş verdiyini bildirib.

Suriya hökumətinin rəsmi xəbər agentliyi “SANA” insan tələfatı və itkilər barədə açıqlama vermədən hücumları təsdiqləyib.

“İsrailin hava hücumundan sonra Dəməşq vilayətində partlayışlar baş verdi. Suriya Xəbər Agentliyinin məlumatına görə, cümə axşamı gecə Dəməşq əyalətində partlayış səsləri eşidilib”-deyə, Fransanın “Paris Biken” xəbər saytı yazıb.

Əl-Ərəbiyyə mənbələri günün sonunda bildiriblər ki, İsrailin Suriyaya hücumu İranın yeni gələn hava hücumundan müdafiə sistemlərini, eləcə də İranın pilotsuz təyyarələrini daşıyan texnikaları, radarları və hərbi kolonları hədəf alıb.

Qeyd edək ki, aprelin 10-da “The Wall Street Journal" qəzeti İsrail qaynaqlarına istinadən bu ölkənin son 5 ildə Suriyada İranın hərbi bazaları və ona bağlı hərbi qruplaşmalara qarşı 400 hücum həyata keçirdiyini, hücumlar nəticəsində 300 iranlı zabit və hərbçinin öldürüldüyünü yazıb.

Geri dön