Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > AŞPA-nın yaz sessiyasının plenar iclasında erməni deputatın təxribatının qarşısı alınıb
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Xəbərlər, Siyasət > AŞPA-nın yaz sessiyasının plenar iclasında erməni deputatın təxribatının qarşısı alınıb

AŞPA-nın yaz sessiyasının plenar iclasında erməni deputatın təxribatının qarşısı alınıb


Strasburqda Avropa Şurası Parlament Assambleyasının (AŞPA) yaz sessiyasının plenar iclası qurumun prezidentinin çıxışı ilə başlayıb. AŞPA prezidenti Tini Koxun təklifi ilə parlamentarilər Mariupolda həlak olan mülki insanların xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.

Plenar iclasın əvvəlində parlamentarilərin akkreditasiyası məsələsi nəzərdən keçirilib.

Sonra britaniyalı parlamentari İan Liddel-Qrengerin Büronun fəaliyyətinə dair hesabatı dinlənilib. Rusiya-Ukrayna münaqişəsi ilə bağlı beynəlxalq humanitar hüququn ciddi şəkildə pozulmasına görə məsuliyyət daşıyanların məsuliyyətə cəlb edilməsi barədə parlamentarilərin çıxışları olub.

Ermənistan nümayəndə heyətinin üzvü müzakirə olunan məsələyə tamamilə aid olmayan çıxış edib. O, Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlunun Uruqvayda ermənilərə göstərdiyi “boz qurd” işarəsini mənfi şəkildə şərh edərək, müzakirələri əsas məqsəddən uzaqlaşdırmağa cəhd göstərib. Lakin türk və azərbaycanlı deputatlar tərəfindən erməni parlamentarinin bu cəhdinin qarşısı alınıb və o, tutarlı cavabını alıb.

Geri dön