Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Keçmiş kürəkənini qəsdən öldürməyə cəhd etməkdə şübhəli bilinən şəxs tutulub
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm, Hüquq > Keçmiş kürəkənini qəsdən öldürməyə cəhd etməkdə şübhəli bilinən şəxs tutulub

Keçmiş kürəkənini qəsdən öldürməyə cəhd etməkdə şübhəli bilinən şəxs tutulub


Aprelin 25-i saat 23 radələrində Salyan rayonunun Təzəkənd kəndi ərazisində 1985-ci il təvəllüdlü Faiq Məlikovun öldürülməsi barədə rayon prokurorluğuna məlumat verilib.

Salyan Rayon Prokurorluğundan bildiriblər ki, aparılmış araşdırmalarla kənd sakini Məlikağa Əliyevin şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı keçmiş kürəkəni Faiq Məlikova bıçaqla xəsarətlər yetirərək onu qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən olunub.

Faktla bağlı Salyan Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

Məlikağa Əliyev şübhəli şəxs qismində tutularaq istintaqa cəlb olunub.

Hazırda cinayət işi üzrə istintaq davam edir.

Geri dön