Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Gürcüstan gənclər arasında futbol üzrə Avropa çempionatına ev sahibliyi etməyə ciddi hazırlaşır
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm, İdman > Gürcüstan gənclər arasında futbol üzrə Avropa çempionatına ev sahibliyi etməyə ciddi hazırlaşır

Gürcüstan gənclər arasında futbol üzrə Avropa çempionatına ev sahibliyi etməyə ciddi hazırlaşır


Gürcüstan 2023-cü ildə 21 yaşadək futbolçular arasında Avropa çempionatının final mərhələsinə ev sahibliyi edəcək. Gürcüstan hökuməti artıq bu məsələni müzakirə edib və ölkədə idman infrastrukturunun yaxşılaşdırılması üçün konkret addımlar atmağa başlayıb.

Bu məqsədlə 32 milyon ABŞ dollarından çox vəsait ayrılıb.

Gürcüstan hökumətinin mətbuat xidmətindən bildirilib ki, turnirin yüksək səviyyədə keçirilməsi üçün Tbilisi, Saquramo, Kutaisi, Tsxaltubo, Kobuleti və Batumidə stadionlar, məşq meydançaları da daxil olmaqla, 12 idman obyektində bu il təmir-tikinti işləri aparılacaq.

Qeyd edək ki, Avropa çempionatı gələn il iyunun 21-dən iyulun 8-dək Gürcüstan və Rumıniyada təşkil olunacaq. 16 komandanın iştirak edəcəyi turnirdə, ümumilikdə 8 stadiondan istifadə olunacaq. Açılış matçı Rumıniyada, final görüşü isə Gürcüstanda olacaq.

Geri dön