Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > “Microsoft” korporasiyasının ötən rübdə gəliri 49,36 milyard dollara çatıb
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm, Sosial > “Microsoft” korporasiyasının ötən rübdə gəliri 49,36 milyard dollara çatıb

“Microsoft” korporasiyasının ötən rübdə gəliri 49,36 milyard dollara çatıb


ABŞ-ın “Microsoft korporasiyasının ötən rübdə gəliri ötən ilin eyni dövrü ilə müqayisədə 18 faiz artaraq 49,36 milyard dollara çatıb.

Bu barədə qurumun saytında məlumat verilib.

Martın 31-də başa çatan üç aylıq dövr ərzində şirkətin xalis gəliri illik müqayisədə 8 faiz artaraq 16,72 milyard dollara çatıb. “Microsoft”un qeyd olunan dövrdə əməliyyat mənfəəti 2021-ci ilin eyni dövrü ilə müqayisədə 19 faiz artaraq 20,36 milyard dollar təşkil edib. CNBC televiziya şirkətinin məlumatına görə, şirkətin maliyyə göstəriciləri qurumun mənfəətinin 49,05 milyard dollardan çox olmayacağını proqnozlaşdıran ekspertlərin gözləntilərini üstələyib.

1975-ci ildə sahibkarlar Bill Qeyts və Pol Allen tərəfindən qurulan “Microsoft", kompüterlərdən tutmuş mobil telefonlara qədər müxtəlif cihazlar üçün proqram təminatı istehsal edən ən böyük korporasiyalardan biridir.

Geri dön