Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > ABŞ-ın birinci xanımı Ukraynaya gizli səfər edib
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Xəbərlər, Siyasət > ABŞ-ın birinci xanımı Ukraynaya gizli səfər edib

ABŞ-ın birinci xanımı Ukraynaya gizli səfər edib


ABŞ Prezidenti Co Baydenin xanımı Cill Bayden Avropaya səfəri çərçivəsində Ukraynada olub.

TASS informasiya agentliyinə istinadla xəbər verir ki, Ukraynaya gizli səfər edən Cill Bayden Ujqorod şəhərində Ukraynanın birinci xanımı Yelena Zelenski ilə görüşüb.

Görüş mümkün qədər məxfi saxlanılıb və mətbuat üçün qapalı olub. Görüşdə yalnız Ağ Evin mətbuat xidməti iştirak edib.

ABŞ-ın birinci xanımı və Y.Zelenski Ujqorodda Ukraynanın hərbi əməliyyatların davam etdiyi ərazilərdən məcburi köçkün düşən insanların məskunlaşdıqları məktəbə baş çəkiblər.

Ukraynada cəmi 2 saat olan Cill Bayden Slovakiyaya gedib.

Qeyd edək ki, ABŞ-ın bir sıra media orqanları Cill Baydenin Ukraynaya səfərinə dair görüntüləri artıq yayıblar.

Geri dön