Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Voleybol üzrə Ağdam rayon birinciliyinin qalibləri mükafatlandırılıb
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm, İdman > Voleybol üzrə Ağdam rayon birinciliyinin qalibləri mükafatlandırılıb

Voleybol üzrə Ağdam rayon birinciliyinin qalibləri mükafatlandırılıb


Ümummilli lider Heydər Əliyevin anadan olmasının 99-cu ildönümü münasibəti ilə Ağdam Olimpiya İdman Kompleksində keçirilən voleybol üzrə rayon birinciliyi başa çatıb.

Yeni Azərbaycan Partiyası Ağdam rayon təşkilatının, Ağdam Gənclər və İdman idarəsi ilə birgə təşkil etdiyi yarışda 8 komanda iştirak edib.

Gərgin idman mübarizəsi şəraitində keçən yarışda Paşabəyli kənd komandası birinci, Üçoğlan kənd komandası ikinci, Ağdam Dövlət Sosial-İqtisadi Kollecin komandası üçüncü yerə layiq görülüb.

Birinci yeri tutan komanda kubokla mükafatlandırılıb. İlk üç yerə layiq görülən komandaların üzvlərinə isə diplomlar təqdim edilib.

Geri dön