Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Tehranda əlverişsiz hava şəraiti məktəblərin fəaliyyətini dayandırıb
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz > Tehranda əlverişsiz hava şəraiti məktəblərin fəaliyyətini dayandırıb

Tehranda əlverişsiz hava şəraiti məktəblərin fəaliyyətini dayandırıb


İranın paytaxtı Tehranda havanın çirkliliyinin 201 mikroqram/kubmetr səviyyəsinə yüksəlməsi səbəbindən uşaq bağçaları, ibtidai məktəblər və əlillər üçün özəl məktəblərin fəaliyyəti dayandırılıb.

“Haberqlobal”a istinadla xəbər verir ki, Tehran merinin müavini Abid Mələki qeyri-sabit hava şəraiti və havanın çirklənməsinin kritik səviyyəsinə görə ölkədə fövqəladə vəziyyət elan olunduğunu deyib. Mələki əlverişsiz hava şəraitinə görə uşaq bağçaları, ibtidai məktəblər və əlillər üçün xüsusi məktəblərin bağlandığını bildirib.

Yaşlılara və xroniki xəstəliyi olanlara məcbur olmadıqca çölə çıxmamaları barədə xəbərdarlıq edilib.

Qeyd edək ki, Tehran dünya şəhərləri arasında havanın çirklənməsinı reytinqdə 12-ci yerdədir. Şəhərin hava sirkulyasiyası üçün yararsız yerləşməsi, nəqliyyatın sıxlığı, köhnə maşınlar və çox istifadə edilən motosikletlərdən çıxan işlənmiş qazlar Tehranda havanın çirklənməsini artıran amillərdən hesab edilir. Tehran sakinləri də şəhərdəki havanın çirklənməsindən əziyyət çəkirlər. Onlar nə vaxtsa bu problemin həll olunacağını gözləyirlər.

Geri dön