Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > “Superbet Chess Classic”: Şəhriyar Məmmədyarov ABŞ təmsilçisinə məğlub olub
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm, İdman > “Superbet Chess Classic”: Şəhriyar Məmmədyarov ABŞ təmsilçisinə məğlub olub

“Superbet Chess Classic”: Şəhriyar Məmmədyarov ABŞ təmsilçisinə məğlub olub


Rumıniyanın paytaxtı Buxarestdə “Grand Chess Tour” seriyasının ilk mərhələsi olan “Superbet Chess Classic” şahmat turnirinin beşinci turunun oyunları keçirilib.

Yarışda iştirak edən Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarov növbəti turda ABŞ idmançısı Fabiano Kauana ilə qarşılaşıb. Görüş şahmatçımızın məğlubiyyəti ilə başa çatıb. Bu təmsilçimizin turnirdə ikinci məğlubiyyətidir.

Qeyd edək ki, şahmatçımız birinci turda ABŞ-ın digər şahmatçısı Uesli Soya uduzub, növbəti üç görüşdə macarıstanlı Riçard Rapport, Maksim Vaşye-Laqrav (Fransa) və yerli idmançı Boqdan Daneel-Dyak ilə heç-heçə edib.

Dairəvi sistem üzrə təşkil olunan və mayın 14-dək davam edəcək turnirin ümumi mükafat fondu 350 min ABŞ dolları təşkil edir.

Xatırladaq ki, Şəhriyar Məmmədyarov 2021-ci ildə keçirilmiş “Superbet Chess Classic” turnirinin qalibi olub.

Geri dön