Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Ankaradakı Heydər Əliyev Məktəbində Ulu Öndərə həsr olunan mərasim keçirilib
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm, Mədəniyyət > Ankaradakı Heydər Əliyev Məktəbində Ulu Öndərə həsr olunan mərasim keçirilib

Ankaradakı Heydər Əliyev Məktəbində Ulu Öndərə həsr olunan mərasim keçirilib


Ümummilli lider Heydər Əliyevin anadan olmasının 99-cu ildönümü münasibətilə daha bir tədbir Ankaradakı Heydər Əliyev adına orta məktəbdə təşkil olunub. Məktəbin foyesində Ulu Öndərin həyat və fəaliyyətini əks etdirən fotosərgi nümayiş etdirilib.

Səfirlik təmsilçilərinin də iştirak etdiyi tədbir şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutu ilə başlanıb. Sonra iki ölkənin Dövlət himnləri səsləndirilib.

Şagirdlər Ulu Öndərə həsr etdikləri şeirləri oxuyublar. Azərbaycan musiqiləri səsləndirilib.

Məlumat verilib ki, şagirdlər məktəbdə təşkil olunan şeir, inşa və rəsm müsabiqəsində fəal iştirak ediblər.

Tədbir çərçivəsində müsabiqənin qalibi olan məktəblilərə mükafatlar təqdim olunub.

Geri dön