Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Fərəc Quliyev:İcra başçısının bayraqla bu cür davranışı çox pis bir örnəkdir
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Xəbərlər, Siyasət, Özəl xəbər, Fərəc Quliyev > Fərəc Quliyev:İcra başçısının bayraqla bu cür davranışı çox pis bir örnəkdir

Fərəc Quliyev:İcra başçısının bayraqla bu cür davranışı çox pis bir örnəkdir


Xəbər verdiyimiz kimi, Azərbaycan Ordusunun müddətli həqiqi hərbi xidmət hərbi qulluqçusu Məmmədov Mehralı Novruz oğlunun Tovuz rayonunda vida mərasimində Tovuz rayon İcra Hakimiyyətinin başçısı Məmməd Məmmədov bayrağı öpərək, şəhid atasına təqdim etməkdənsə, əzir, bükür və şahid atasına bu formada uzadır. Şəhid atası isə bayrağı səliqəli formaya salır. İcra başçısı Məmməd Məmmədov dövlət atributlarına sayğı qaydalarını pozduğuna görə sosial şəbəkələrdə tənqid atəşinə tutulub.

Məsələyə münasibət bildirən Milli Dirçəliş Hərəkatı Partiyasının sədri, sabiq deputat Fərəc Quliyev Demokrat.az-a açıqlamasında bildirib ki, icra başçısının bayraqla bu cür davranışı çox pis bir örnəkdir. Onun sözlərinə görə, belə məsələlərə qarşı çox ciddi şəkildə ictimai qınaq olmalıdır:

“Təbii ki, bir icra başçısının bu hərəkətini hamısına şamil etmək olmaz. Bayraq bir millətin süngəridir. İstər icra başçısı olsun, istərsə də sıravi vətəndaş olsun, yəni kim olursa-olsun bayraqla o cür davranmaq olmaz. Dünyanın hər yerində bayrağa göstərilən sayğını görürük. Xüsusən də, qardaş Türkiyədə şəhidlər olan zaman bayrağa hansı formada yanaşdıqlarını görürük. Bayrağı təqdim edən adam onu əvvəlcə öpüb alnına qoyur və sonra təqdim edir.

Yəni, bu, birincisi protokoldur, ikincisi bayrağa sayğı, üçüncü də şəhidə sayğıdır. Ən nəhayət, şəhidin valideynlərinə və onu tanıyanlara sayğıdır. Bu bayraq şəhid atasının timsalında şəhidə verilir. Sonra onun tabutuna bağlanılır və dəfn mərasimi keçirilir. Bunun haqqında biz Milli Məclisdə qanun da qəbul etmişik və mən onda parlamentdə idim. Ümumiyyətlə, icra başçısının o cür bayraqla davranışı çox pis hadisədir və pis bir örnəkdir. Bunu sosial şəbəkələrdə də görürlər axı. Mən buna baxdım və münasibətim çox pisdir. Həm qanunu pozmaq, həm də dediyim 4 ünvana sayğısızlıqdır. Belə məsələlərə ciddi şəkildə ictimai qınaq olmalıdır.

Qeyd edim ki, müxtəlif yerlərdə şəhidlərin dəfninə də baxmışıq, icra başçıları, məmurlar və başqalar çox sayğı ilə, hörmətlə, xüsusi atəşin açılmasının, aparılmasının, bayrağın təqdim olunması qaydalarına əməl ediblər. İcra başçısının bu hərəkəti isə təbii ki, qəbulolunmazdır”.

Aynurə Pənahqızı/Demokrat.az

Geri dön