Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Fərəc Quliyev:Maksimalist şüarlarla çıxış etməliyik
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Xəbərlər, Siyasət, Özəl xəbər, Fərəc Quliyev > Fərəc Quliyev:Maksimalist şüarlarla çıxış etməliyik

Fərəc Quliyev:Maksimalist şüarlarla çıxış etməliyik


“Qarabağda yaşayış başlamayana qədər həm sülhməramlıların ayağı yer alacaq, həm də ermənilər özlərini ərazilərin sahibi kimi aparacaqlar”.

Bu sözləri Qarabağda məskunlaşmanın təşkili forması ilə bağlı düşüncələrini bölüşən Milli Dirçəliş Hərəkatı Partiyasının (MDHP) sədri Fərəc Quliyev Yenicag.az-a açıqlamasında deyib.

Fərəc Quliyev bildirib ki, ərazilərimizdə idarəetməni tam həyata keçirmək üçün orada mütləq insanlar olmalıdır:

“10 noyabr bəyanatında daha çox 4-cü bəndə fokuslanırıq. Ancaq orada başqa bənd də var – əhalinin qayıtması. Əhalinin qaytarılması məsələsində BMT-nin iştirakı nəzərdə tutulub. Təkcə Xankəndidən 14 min 400-ə qədər adam qovulub. Onların orada əmlakları var. Onlar geri qayıtmalıdırlar. Rusiya sülhməramlıları zəhmət çəkib qovulmuş vətəndaşlarımızın mülklərini boşaltmalıdırlar. Ermənistandan gətirib əhalini Azərbaycan ərazilərinə yerləşdiriblər. Əslində, Azərbaycan ərazilərində 1988-ci ilə qədər doğulmuş erməni əsilli Azərbaycan vətəndaşları yaşaya bilərlər.

ASAN xidmət, Əmlak Məsələləri Dövlət Komitəsi, Daxili İşlər Nazirliyi Şuşada otura bilərlər. İnsanların məskunlaşması üçün işlər aparmalıdırlar. Hətta orada yaşayan erməni əsilli Azərbaycan vətəndaşlarına da xidmət göstərməlidirlər. Bəlkə, ermənilərdən hansısa vətəndaşlıq istəyir, hansısa birisi iş istəyir. Bunları istəyənlər də olub. Xankəndidən olan deputat gedib orada oturmalıdır. Qovulmuş 14 min 400 nəfər insan indi çoxalıb. Xankəndinin ətrafında mikrorayon salınmalıdır. Camaatı ora köçürmək lazımdır.

Bununla paralel olaraq, maksimalist şüarlarla çıxış etməliyik. İnsanlarımızın Zəngəzura köçməyini qabartmalıyıq. Biz bu coğrafiyanın yerli xalqıyıq. Ermənilər 200 ildir bura köçüb. Maksimalist davranmaqla yanaşı, insanlarımızı Qarabağa yerləşdirməliyik. Bizim hərbçilər ermənilərdən alış-veriş etmişdi. Az qalsın, Xankəndidən bütün ermənilər qaçsın. Kənardan durub müşahidə etməklə bu iş olmaz”.

Səxavət Məmməd/yenicag.az

Geri dön