Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Fərəc Quliyev: Şuşa Bəyannaməsi bütün Azərbaycana şamil olunan təhlükəsizlik paktıdır
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Xəbərlər, Siyasət, Özəl xəbər, Fərəc Quliyev > Fərəc Quliyev: Şuşa Bəyannaməsi bütün Azərbaycana şamil olunan təhlükəsizlik paktıdır

Fərəc Quliyev: Şuşa Bəyannaməsi bütün Azərbaycana şamil olunan təhlükəsizlik paktıdır


Xəbər verdiyimiz kimi, iyunun 15-də Şuşa şəhərində Azərbaycan və Türkiyə arasında imzalanan Şuşa Bəyannaməsinin bir illiyinə həsr olunan beynəlxalq konfrans keçirilib.
Tədbirə ölkəmizdə fəaliyyət göstərən müxalifət partiyalarının sədrləri də dəvət olunub.

Konfransda iştirak edən partiya sədrlərindən bəziləri tədbirlə bağlı təəssüratlarını Bizim.Media ilə bölüşüb.

Milli Dirçəliş Hərəkatı Partiyasının sədri Fərəc Quliyev qeyd edib ki, Şuşa Paktı yalnız 100 il əvvəl imzalanmış Qars müqaviləsi ilə müqayisə oluna bilər:

“Lakin Qars müqaviləsi təkcə Naxçıvanın təhlükəsizliyi üçün ciddi sənəd idisə, Şuşa Bəyannaməsi bütün Azərbaycana şamil olunan təhlükəsizlik paktıdır. Üstəlik bu, Azərbaycan-Türkiyə münasibətlərinin hüquq üzərində təsbit olunmasıdır. Doğrudur, bizim münasibətlərimiz həmişə yüksək səviyyədə olub, lakin bu bəyannamədə strateji müttəfiqlik məsələsi rəsmi şəkildə təsbit olundu.

Orada həm də müxalifət partiya rəhbərlərinin, eləcə də Türkiyənin hakimiyyət və müxalifət nümayəndələrinin iştirakı onu göstərir ki, milli məsələlər iqtidar-müxalifət münasibətlərinə təsir etməklə, ortaq davranışa imkan yaradır. Milli məsələlər müzakirə mövzusu olanda hamı əlini daşın altına qoyur”.

Murad Əhmədov, Bizim.Media

Geri dön