Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Gürcüstanda koronavirusa yoluxma halları yenidən artır
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm, Sağlıq > Gürcüstanda koronavirusa yoluxma halları yenidən artır

Gürcüstanda koronavirusa yoluxma halları yenidən artır


Gürcüstanda koronavirusa yoluxma halları yenidən artır. Payız ölkədə koronavirusa yoluxma hallarının artımında pik nöqtəsi olacaq.

Bu sözləri jurnalistlərə açıqlamasında Tbilisi Yoluxucu Xəstəliklər Xəstəxanasının direktoru, professor Tenqiz Çerçvadze söyləyib.

Onun sözlərinə görə, son zamanlar Gürcüstanda da koronavirusa yeni yoluxma hallarında əhəmiyyətli artım müşahidə olunur.

Bildirilib ki, əvvəllər gündə orta hesabla 100 yeni yoluxma halı qeydə alınırdısa, indi bu rəqəm 700-ə çatıb. Yoluxanların da böyük əksəriyyəti, xüsusilə xaricə səyahət edən insanlardır.

“İndi də yay, yəni aktiv turizm mövsümüdür və biz payızda COVID-ə yoluxma hallarının artacağını gözləyirik”, – deyə direktor vurğulayıb.

T.Tertsvadze deyib: “Biz hamımız COVID pandemiyası şəraitində təhlükəsiz yaşamağı və işləməyi öyrənməliyik. Bütün COVID klinikalarına və "onlayn" klinikalara lazımi göstəriş olduqda remdesivir və ya paxloviddən vaxtında istifadə etmək tövsiyə olunur. Bununla da biz minlərlə COVID xəstəsinin həyatını xilas etmiş olacağıq".

O, ictimaiyyəti ayıq olmağa, peyvənd olunmağa və maskalardan aktiv istifadə etməyə çağırıb.

Qeyd edək ki, son həftə ərzində (iyunun 27-dən iyulun 3-dək) Gürcüstanda daha 2 570 nəfər koronavirusa yoluxb, 3 nəfər ölüb.

Hesabat dövründə 1 103 nəfər müalicə olunaraq sağalıb.

Gürcüstanda indiyədək COVID-19 infeksiyasına ümumilikdə 1 662 299 nəfər yoluxub. Onların da 1 643 579-u sağalıb, 16 844-ü pandemiyanın qurbanı olub.

Geri dön