Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Ukrayna və İrlandiya arasında ərzaq təhlükəsizliyi və enerji məsələləri müzakirə edilib
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Xəbərlər, Siyasət > Ukrayna və İrlandiya arasında ərzaq təhlükəsizliyi və enerji məsələləri müzakirə edilib

Ukrayna və İrlandiya arasında ərzaq təhlükəsizliyi və enerji məsələləri müzakirə edilib


Ukrayna Prezidenti Volodimir Zelenski Kiyevə ilk dəfə səfər edən İrlandiyanın Baş naziri Mixol Martin ilə görüşüb.

Ukrayna Prezidenti M.Martinlə görüşməyinə şad olduğunu bildirib.

“Təşəkkür edirəm ki, İrlandiya dövlətimiz üçün bu mühüm məqamda yanımızdadır. Qeyd edək ki, bu, ikitərəfli münasibətlər tarixində İrlandiyanın baş nazirinin Ukraynaya ilk səfəridir”,- deyə V.Zelenski teleqram səhifəsində yazıb.

Görüşdən sonra keçirilən birgə brifinqdə V.Zelenski bildirib ki, M.Martinlə ərzaq təhlükəsizliyi, enerji, Rusiya Federasiyasına qarşı sanksiyalar və Ukraynanın müharibədən sonrakı bərpası məsələləri müzakirə edilib.

“Bu gün Baş nazirlə danışıqlarda biz təhdidlərə qarşı birgə cavablarımızı, xüsusən də ərzaq təhlükəsizliyi, o cümlədən enerji məsələləri və Rusiya Federasiyasına qarşı yeni yeddinci sanksiyalar paketinin hazırlanmasını müzakirə etdik”, - deyə V.Zelenski əlavə edib.

Xatırladaq ki, M.Martin səfər çərçivəsində müharibə dönəmində ən çox dağıntıya məruz qalan Buça, İrpen və Borodyankada olub.

Geri dön