Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Dendrologiya İnstitutunda bu ilin I yarısında aparılan elmi-tədqiqat işləri ilə bağlı müzakirələr aparılıb
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm, Mədəniyyət > Dendrologiya İnstitutunda bu ilin I yarısında aparılan elmi-tədqiqat işləri ilə bağlı müzakirələr aparılıb

Dendrologiya İnstitutunda bu ilin I yarısında aparılan elmi-tədqiqat işləri ilə bağlı müzakirələr aparılıb


AMEA-nın Dendrologiya İnstitutunda 2022-ci ilin I yarısında aparılan elmi-tədqiqat işləri və alınan nəticələr ilə bağlı Elmi şuranın növbəti iclası keçirilib.

Bu barədə AMEA-dan bildirilib. Dendrologiya İnstitutunun baş direktoru vəzifəsini icra edən, biologiya üzrə fəlsəfə doktoru Samirə Bağırovanın sədrliyi ilə keçirilən iclasda şöbə və laboratoriyalarda yerinə yetirilən elmi-tədqiqat işlərinin yarımillik hesabatları təqdim olunub.

İnstitutda fəaliyyət göstərən 8 laboratoriya və 7 şöbənin müdirləri elmi və elmi-pedaqoji fəaliyyətləri, kadr hazırlığı, nəşr işləri, ezamiyyət və monitorinqlər haqqında geniş məlumat veriblər.

Aparılan işlər, mövcud problemlər ətraflı müzakirə olunub.

Geri dön