Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Vətən müharibəsi şəhidi Anar Əsədovun əziz xatirəsi anılıb
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Xəbərlər, Sosial > Vətən müharibəsi şəhidi Anar Əsədovun əziz xatirəsi anılıb

Vətən müharibəsi şəhidi Anar Əsədovun əziz xatirəsi anılıb


Vətən müharibəsi şəhidi Əsədov Anar Rafiq oğlunun doğum günündə əziz xatirəsi anılıb. Şəhidin məzarı ziyarət olunub ruhuna dualar oxunub.

Şəhid Anar Əsədovun anım günündə ailəsi ilə bərabər, Füzuli Rayon İcra Hakimiyyətinin nümayəndələri, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Füzuli rayon şöbəsinin əməkdaşları, Füzuli rayonun axundu, şəhid ailələri, Qarabağ müharibəsi qaziləri, kənd sakinləri iştirak ediblər.

Çıxış edənlər şəhid Anar Əsədovun qəhrəmanlıq dolu həyatından və döyüş yolundan danışıblar. Bildirilib ki, Anar 1982-ci il iyulun 7-də Füzuli rayonunun Kərimbəyli kəndində dünyaya göz açıb. Hələ yeniyetmə çağlarından gələcəyin hərbçisi olmaq arzusu ilə boya başa çatıb. 2001-ci ildə həqiqi hərbi xidmətə də ruh yüksəkliyi ilə yollanıb. Vətənə borcunu layiqincə yerinə yetirən Anar xidmətini başa vurduqdan sonra bir müddət mülki işlərdə çalışsa da yenidən könüllü olaraq N saylı hərbi hissəyə müddətdən artıq hərbi qulluqçu kimi xidmətə qayıdıb.

Vətən müharibəsi başlanan tarixdən ön cəbhədə xüsusi şücaəti ilə seçilib, qorxu bilmədən həmişə öndə gedərək düşmənin atəş nöqtələrini fəallıqla susdurub. Cəbhənin yarılmasında və döyüşün ilk günündə azad olunan ərazilərin alınmasında Anarın da payı olub. Müharibənin ikinci günü Füzuli rayonu uğrunda gedən döyüş əməliyyatlarında Anar qəhrəmancasına döyüşərək şəhidlik zirvəsinə ucalıb. O, doğulub boya başa çatdığı rayonun Kərimbəyli kənd qəbiristanlığında dəfn edilib.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Anar Əsədov ölümündən sonra "Vətən uğrunda", "Cəsur döyüşcü", "Füzulinin azad olunmasına görə", Xocəvəndin azad olunmasına görə" medalları ilə təltif edilib. Qeyd edək ki, Anar Əsədov ailəli olub 4 övladı yadigar qalıb.

Geri dön