Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Şəhriyar Məmmədyarov “FTX Road to Miami” turnirində mübarizəni dayandırıb
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm, İdman > Şəhriyar Məmmədyarov “FTX Road to Miami” turnirində mübarizəni dayandırıb

Şəhriyar Məmmədyarov “FTX Road to Miami” turnirində mübarizəni dayandırıb


Şahmat üzrə Çempionlar turu çərçivəsində “FTX Road to Miami” turnirinin ilkin mərhələsi başa çatıb.

Bu gün ABŞ təmsilçiləri Cefri Ksionq, Samuel Sevian və norveçli Aryan Tari ilə keçirdiyi qarşılaşmalarda məğlub olan qrossmeysterimiz Şəhriyar Məmmədyarov pley-offa düşə bilməyib. Belə ki, o, 18 xalla 10-cu yerdə qərarlaşıb.

Dairəvi sistem üzrə keçirilən yarışda 16 iştirakçıdan 8-i pley-offa vəsiqə qazanıb.


Geri dön