Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Baş Prokurorluq: Azərbaycan Ordusunun hərbi qulluqçusunun ölməsi faktı ilə bağlı cinayət işi başlanıb
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm, Hüquq > Baş Prokurorluq: Azərbaycan Ordusunun hərbi qulluqçusunun ölməsi faktı ilə bağlı cinayət işi başlanıb

Baş Prokurorluq: Azərbaycan Ordusunun hərbi qulluqçusunun ölməsi faktı ilə bağlı cinayət işi başlanıb


Azərbaycan Respublikasının Baş Prokurorluğu Azərbaycan Ordusunun hərbi qulluqçusunun ölməsi faktı ilə bağlı KİV-dən daxil olan sorğuya münasibət bildirib.

Baş Prokurorluğun mətbuat xidmətindən bildirilib ki, iyulun 13-ü saat 23 radələrində Azərbaycan Ordusunun müddətli həqiqi hərbi xidmət hərbi qulluqçusu əsgər Manafzadə Ruslan Şərif oğlunun avtomat silahdan açılmış atəş nəticəsində ölməsi faktı ilə bağlı Hərbi prokurorluqda Cinayət Məcəlləsinin 125-ci maddəsi ilə cinayət işi başlanmaqla hazırda istintaq aparılır.

Geri dön