Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > “Sumqayıt” FK yeni mövsümə hazırlığın birinci mərhələsini başa vurub
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm, İdman > “Sumqayıt” FK yeni mövsümə hazırlığın birinci mərhələsini başa vurub

“Sumqayıt” FK yeni mövsümə hazırlığın birinci mərhələsini başa vurub


Sumqayıt” futbol klubu növbəti yoxlama oyununu keçirib.

2022-2023-cü il mövsümü üçün hazırlıqlarını davam etdirən Aleksey Baqanın yetirmələri “Kapital Bank Arena”nın ehtiyat meydançasında “Kəpəz”lə üz-üzə gəlib. Komanda rəqibini 3:2 hesabı ilə üstələyib. Oyunda “Sumqayıt” FK-nın qollarını Vüsal İsgəndərli, Elşən Abdullayev və Araz Abdullayev vurub.

Bununla da, “Sumqayıt” FK yeni mövsümə hazırlığın birinci mərhələsini başa vurub. Komandamız 1 günlük istirahətin ardından iyulun 16-da təlim-məşq toplanışının ikinci mərhələsi üçün Türkiyənin Bolu şəhərinə yola düşəcək. İyulun 30-na kimi davam edəcək toplanış müddətində Aleksey Baqanın yetirmələri 3 yoxlama oyunu keçirməyi planlaşdırır.

Rəqiblərin kimliyi və oyunların keçiriləcəyi tarix barədə klubun rəsmi media hesabları tərəfindən məlumat veriləcək.

Geri dön