Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Yeni yaradılan I2U2 qrupu birgə ərzaq və enerji təhlükəsizliyi təşəbbüsünü irəli sürüb
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Xəbərlər, Siyasət > Yeni yaradılan I2U2 qrupu birgə ərzaq və enerji təhlükəsizliyi təşəbbüsünü irəli sürüb

Yeni yaradılan I2U2 qrupu birgə ərzaq və enerji təhlükəsizliyi təşəbbüsünü irəli sürüb


İsrail, Hindistan, ABŞ və Birləşmiş Ərəb Əmirliklərinin üzv olduqları I2U2 qrupunun videokonfrans formatında keçirilən ilk iclasında qarşılıqlı maraq doğuran digər sahələrlə yanaşı, ərzaq təhlükəsizliyi və təmiz enerji təşəbbüsləri sahəsində birgə əməkdaşlıq məsələləri də müzakirə olunub.

İclasın yekununa dair imzalanmış birgə bəyanatda qeyd olunub: “Dörd ölkənin təsis etdiyi bu unikal qrup su, enerji, nəqliyyat, kosmos, səhiyyə və digər sahələrdə birgə investisiyalara və yeni təşəbbüslərə xüsusi diqqət yetirəcək, dünyamızın üzləşdiyi ən böyük problemlərin həlli üçün cəmiyyətləri səfərbər edəcək və sahibkarlar üçün əlavə imkanlar yaradacaq. Bu fəaliyyətlər, xüsusilə ərzaq və enerji təhlükəsizliyini əhatə edəcək”.

Qrupun il iclasında ictimai səhiyyəni və peyvəndlərə əlçatanlığı yaxşılaşdırmaq, infrastrukturu modernləşdirmək və Yaxın Şərq ölkələri arasında əlaqələri inkişaf etdirmək üçün özəl sektorun kapitalını və təcrübəsini səfərbər etməyin zəruriliyi vurğulanıb. Dörd ölkənin başçıları, həmçinin tullantıların idarə olunması üçün yeni layihələrin hazırlanması, startapların I2U2 sərmayələrindən bəhrələnməsi, birgə investisiya sahələrinin araşdırılması, yaşıl texnologiyaların inkişafının təşviqi məsələlərini də müzakirə ediblər.

Açılış iclasında liderlər “qlobal şokları daha yaxşı idarə edə biləcək uzunmüddətli və çoxşaxəli qida istehsalı layihələrinə üstünlük veriləcəyini vurğulayıblar.

Geri dön