Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > “Məkkə” qəzetində “Azərbaycan ərəblərin gözü ilə” sərlövhəli məqalə dərc olunub
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm, Mədəniyyət > “Məkkə” qəzetində “Azərbaycan ərəblərin gözü ilə” sərlövhəli məqalə dərc olunub

“Məkkə” qəzetində “Azərbaycan ərəblərin gözü ilə” sərlövhəli məqalə dərc olunub


Səudiyyə Ərəbistanının geniş oxucu auditoriyasına malik olan “Məkkə” qəzetində ölkəmizə səfər etmiş jurnalist Zayid Al-Fazilin “Azərbaycan ərəblərin gözü ilə” sərlövhəli məqaləsi dərc olunub.

Azərbaycanın paytaxtı Bakının gözəlliyindən, müasir arxitektura ilə qədim memarlıq ənənələrinin sintezindən, təmiz və işıqlı küçə və parklarından bəhs edən müəllif, eyni zamanda, bu şəhərin turistlər üçün təhlükəsiz olduğunu diqqətə çatdırıb. O yazıb: “Bakıda cəlbedici bir mənzərə, insanın ruhunu oxşayan gözəl abidələr, qonaqpərvərlik mühiti var. Burada ailələr və uşaqların istirahəti üçün hər cür şərait mövcuddur. Dinindən, irqindən asılı olmayaraq, bütün insanlar özlərini rahat hiss edirlər”.

Müəllif Qəbələnin ecazkar təbiətindən də bəhs edib. O qeyd edib ki, yaşıl dağlarla əhatə olunmuş, yay aylarında sərin və təmiz havası olan bu məkana gələn ərəb turistlər yenidən buralara səyahət etmək istəyirlər. “İstər Bakıda, istərsə də Qəbələdə heyrətamiz təmizlik və səliqə məni valeh etdi. Parklarda, küçələrdə yerdə bir kağız parçası da tapmazsan. Hər yer tər-təmizdir. Mən şahidi oldum ki, hətta yoldan keçən sürücü belə avtomobilini saxlayaraq zibili konteynerlərə atır. Bu cür təmizliyi hər yerdə görə bilməzsən”, -deyə müəllif qeyd edib.

Məqalənin sonunda səudiyyəli jurnalist öz ölkəsinin Turizm Nazirliyinə müraciət edərək Azərbaycana daha çox turist göndərməyi, ilin bütün fəsillərində ərəblərin ölkəmizdə istirahətini təşkil etməyi tövsiyə edib.

Geri dön