Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Avropa Yeniyetmələrinin XVI Yay Olimpiya Festivalında iştirak edəcək Azərbaycan atletləri müəyyənləşib
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm, İdman > Avropa Yeniyetmələrinin XVI Yay Olimpiya Festivalında iştirak edəcək Azərbaycan atletləri müəyyənləşib

Avropa Yeniyetmələrinin XVI Yay Olimpiya Festivalında iştirak edəcək Azərbaycan atletləri müəyyənləşib


İyulun 24-30-da Slovakiyada keçiriləcək Avropa Yeniyetmələrinin XVI Yay Olimpiya Festivalında iştirak edəcək Azərbaycan atletləri müəyyənləşib.

Azərbaycan Atletika Federasiyasının mətbuat xidmətindən bildiriblər ki, oğlanların yarışında ölkəmizi Səid Məmmədov (400 metr məsafəyə qaçış), Hüseyn Abbasov (uzunluğa tullanma) və Novruz Əsədli (100 - 200 metr məsafəyə qaçış) təmsil edəcəklər. Qızların mübarizəsində Səkinə Hacızadə (nüvə itələmə), Veronika Antropova (uzunluğa tullanma) və İlahə Quliyeva (200 – 400 metr məsafəyə qaçış) güclərini sınayacaqlar.

Atletlərimiz məşqçilər Nazim İsrafilov və Tofiq Əliyev rəhbərliyi altında yarışacaqlar.

Qeyd edək ki, rəsmi açılışı iyulun 24-də olacaq Avropa Yeniyetmələrinin XVI Yay Olimpiya Festivalında 50 ölkədən 4 minə yaxın atlet 10 idman növü üzrə mübarizə aparacaq. Azərbaycan idmançıları festivalda atletika ilə yanaşı, velosiped, tennis, üzgüçülük, cüdo, badminton və gimnastika növlərində təmsil olunacaqlar.

Geri dön