Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Gürcüstan bazarına 144 milyon kubmetrə yaxın təbii qaz ixrac olunub
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Xəbərlər, İqtisadiyyat > Gürcüstan bazarına 144 milyon kubmetrə yaxın təbii qaz ixrac olunub

Gürcüstan bazarına 144 milyon kubmetrə yaxın təbii qaz ixrac olunub


SOCAR tərəfindən 20 min metrə yaxın qazma işləri həyata keçirilib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 41,5 faiz çoxdur.

Hesabat dövründə şirkət tərəfindən 1,9 milyon tondan çox neft, 2 milyard kubmetrə yaxın qaz hasil olunub. Ölkə üzrə ümumilikdə 8,1 milyon tondan çox neft və 11,6 milyard kubmetrdən çox qaz hasil edilib. Dövr ərzində ölkə üzrə qaz hasilatı 16,7 faiz artıb.

Hesabat dövründə SOCAR tərəfindən dünya bazarına 4,9 milyon tondan çox xam neft, Gürcüstan bazarına isə 144 milyon kubmetrə yaxın təbii qaz ixrac olunub. Ümumilikdə isə ölkə üzrə qaz ixracı 36 faiz artımla təqribən 5,5 milyard kubmetrə yüksəlib. SOCAR-ın dünya bazarına ixrac etdiyi neftin həcmi ötən ilin analoji dövrü ilə müqayisədə 17,6 faiz, Gürcüstana ixrac etdiyi qaz həcmləri isə 48,1 faiz artıb. Qeyd edək ki, şirkət öz imkanları ilə hasil etdiyi neftdən əlavə beynəlxalq konsorsiumlar çərçivəsində SOCAR və Azərbaycanın payına düşən neft həcmlərini də ixrac edir.

Şirkətin Azərbaycandakı emal kompleksində 1,2 milyon tona yaxın neft, 869 milyon kubmetrə yaxın təbii qaz emal olunub. Qaz emalı ötən ilin müvafiq dövrü ilə müqayisədə 6,1 faiz artıb. Rüb ərzində SOCAR-ın Azərbaycandakı müəssisələrində istehsal olunmuş 403 min tondan çox neft, neft-kimya və qaz-kimya məhsulu xarici ölkələrə ixrac edilib. Hesabat dövründə ölkə ərazisində təbii qaz istehlakı ötən ilin analoji dövrü ilə müqayisədə 3 faiz artaraq 2,2 milyard kubmetr olub. “Karbamid” və “Metanol” zavodlarının istehsal həcmlərinin artımı, həmçinin ölkədə qazlaşdırma səviyyəsinin yüksəlməsi qaz istehlakının artımını şərtləndirib.

Geri dön