Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Fərəc Quliyev:İran səfiri bu məsələdə yersiz reaksiya verib
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Xəbərlər, Siyasət, Özəl xəbər, Fərəc Quliyev > Fərəc Quliyev:İran səfiri bu məsələdə yersiz reaksiya verib

Fərəc Quliyev:İran səfiri bu məsələdə yersiz reaksiya verib


Yəhudi səfirin 8 il əvvəl nəşr edilmiş kitabı paylaşması trendə çevrilib və cənub qonşumuzu qəzəbləndirib, Musəvi niyə qəfil Tehrana çağırıldı - sabiq nazir və partiya sədrindən şərh
Xəbər verildiyi kimi, iyulun 20-də İsrail səfiri Corc Dik ona hədiyyə edilmiş Təbriz haqqında kitab (“Təbrizin sehirli nağılları”) barədə Twitterdə məlumat yaydıqdan sonra qalmaqal baş verib. Kitabda Azərbaycan tarixi və İranın şimalında yerləşən qədim şəhərin mədəniyyətindən danışılır.

“Bu yaxınlarda mənə hədiyyə edilən bu möhtəşəm kitabdan Təbrizdə Azərbaycanın tarixi və mədəniyyəti haqqında çox şey öyrənirəm. Bəs siz bugünlərdə nə oxuyursunuz?” - deyə yəhudi diplomat müzakirələrə səbəb olan paylaşımında qeyd etmişdi. “Yeni Müsavat” yada salır ki, bu tvit İranın Bakıdakı səfiri Seyid Abbas Musəvinin ciddi reaksiyasına səbəb olub və o, İsrail səfirinin ünvanına hədələr səsləndirib: “Bu macəraçı oğlanın məlumatı üçün: bizim sevimli İran şəhərimiz Təbriz İranın qürurlu tarixində BİRİNCİLƏRİN torpağı kimi tanınır. Görünür, bu BİRİNCİ bədxah sionist qısqanc Təbriz xalqı tərəfindən dəfn ediləcək. Heç vaxt bizim qırmızı xəttimizi keçməyin!”

İyulun 26-da isə İran səfirinin Tehrana getdiyi və xarici işlər naziri Hüseyn Əmir Abdullahianla görüşdüyü məlum olub. İran tərəfinin məlumatına görə, səfirə Azərbaycanla münasibətləri bundan sonra da “möhkəmləndirmək” tapşırılıb. Bu arada, Twitterdə İsrail səfirinə dəstək kampaniyası və Təbrizin tarixinə dair kitabı almaq çağırışları başlayıb. Eyni zamanda İran tərəfinin hərəkəti “diplomatiyanın təhqir olunması” kimi qiymətləndirilib. Politoloq Elxan Şahinoğlu hesab edir ki, böyük ehtimalla səfirin qəfil Tehrana çağırılması son qalmaqalla bağlıdır. Onun sözlərinə görə, İsrail səfirinin paylaşımı trendə çevrilib, dünyanın müxtəlif ölkələrində “Təbrizin sehrli nağılları” kitabının paylaşımları artıb: “İranın xarici işlər nazirinin Azərbaycandakı səfirinə bu hadisə ilə bağlı konkret hansı təlimat verdiyi məlum olmasa da, Seyid Abbas Musəvinin qeyri-diplomatik reaksiyası olmasaydı, İsrail səfirinin paylaşımı böyük rezonans doğurmazdı. İran səfirinin sərt reaksiyası İsrail səfirinin işinə yaradı”.

Milli Dirçəliş Hərəkatı Partiyasının lideri Fərəc Quliyevin “Yeni Müsavat”a bildirdiyinə görə, İran səfiri bu məsələdə yersiz reaksiya verib:

“Ümumiyyətlə, mən Bütöv Azərbaycançı kimi deyə bilərəm ki, hələ parlamentdə ilk çıxışıma Türkmənçay müqaviləsinin qüvvədən düşməsi təklifi ilə başlamışdım. Çünki iki imperiya tərəfindən bölünmüş xalqlardır. Dünya bilir ki, bütöv Azərbaycan bölünüb. İran səfirinin Təbrizi İran şəhəri adlandırmasından, ostanların adlarını dəyişməsindən asılı olmayaraq, bu qədim şəhər Azərbaycanındır. Ona görə də İsrail səfirinin həmin kitabı hansı məqsədlə paylaşmasından daha çox ona verilən reaksiyaya diqqət çəkməyin tərəfdarıyam”. F.Quliyev qeyd etdi ki, İran və Azərbaycan rəsmi şəkildə bir-birinin ərazi bütövlüyünü tanıyır: “Amma ictimaiyyət və xalq status-kvo ilə razılaşmır, mübarizəsini aparır. Düşünmürəm ki, bu paylaşım İsrailin hansısa planına hesablanıb. Ancaq kim Təbrizi Azərbaycan şəhəri kimi tanıyacaqsa, biz yalnız təşəkkür edəcəyik. Hesab etmirəm ki, İrana yumşaq münasibət göstərməliyik. Onların Vətən müharibəsi vaxtı erməniyə silah daşınması üçün yol açması, ardınca davranışları, son olaraq Zəngəzur dəhlizinə qarşı çıxması, İran-Ermənistan arasında ”minilliklərin yolu" demələri unudulmamalıdır".

Emil SALAMOĞLU/“Yeni Müsavat”

Geri dön