Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Odessa limanlarında Ukrayna taxılı olan 16 gəmi yola düşməyi gözləyir
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Xəbərlər, Sosial > Odessa limanlarında Ukrayna taxılı olan 16 gəmi yola düşməyi gözləyir

Odessa limanlarında Ukrayna taxılı olan 16 gəmi yola düşməyi gözləyir


Odessa vilayətinin limanlarında Ukrayna taxılı olan 16 gəmi yola düşməyi gözləyir. Ukrayna kənd təsərrüfatı məhsullarının yüklənməsi üçün gəmilərin gəlməsinə dair yeni müraciətlər alır.

Bu barədə Ukrayna Prezident Ofisinin rəhbərinin müavini Kirill Timoşenko özünün teleqram səhifəsində yazıb.

"İndi Odessa vilayətinin limanlarında Ukrayna taxılı olan 16 gəmi var və onlar yola düşməyi gözləyir. Bunlar fevralın sonundan limanlarda qalan gəmilərdir. Yaxın gələcəkdə biz kənd təsərrüfatı məhsullarının tam ötürülmə qabiliyyətinə çatmağı planlaşdırırıq”, - deyə Timoşenko bildirib.

Onun sözlərinə görə, limanların işə düşməsi ölkə iqtisadiyyatına ən azı 1 milyard dollar gətirəcək.

Qeyd edək ki, taxıl və digər ərzaq məhsullarının daşınması müqaviləsi çərçivəsində Ukrayna limanlarından qarğıdalı yüklü ilk gəmi bu gün saat 09:30-da Livana getmək üçün Odessa limanından yola düşüb.

Məlumata əsasən, Syerra-Leone bayrağı altında üzən "Razoni" adlı quru yük gəmisi Livana doğru hərəkət edəcək. İlk gəminin ardınca digər gəmilərin də müəyyən edilmiş dəhlizlər və marşrutlar çərçivəsində yola çıxması planlaşdırılır.

Geri dön