Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Bu gün UEFA Super Kuboku uğrunda oyunda “Real Madrid” komandası “Ayntraxt”la qarşılaşacaq
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Xəbərlər, İdman > Bu gün UEFA Super Kuboku uğrunda oyunda “Real Madrid” komandası “Ayntraxt”la qarşılaşacaq

Bu gün UEFA Super Kuboku uğrunda oyunda “Real Madrid” komandası “Ayntraxt”la qarşılaşacaq


Bu gün Finlandiyanın paytaxtı Helsinkidə UEFA Super Kuboku uğrunda oyun keçiriləcək.

Helsinki Olimpiya Stadionunda təşkil olunacaq görüşdə İspaniyanın “Real Madrid” və Almaniyanın “Ayntraxt” (Frankfurt) komandaları Bakı vaxtı ilə saat 23:00-da qarşılaşacaqlar. Görüşü FIFA referisi ingiltərəli Maykl Oliver idarə edəcək.

Qeyd edək ki, İspaniya klubu UEFA Çempionlar Liqası, Frankfurt təmsilçisi isə UEFA Avropa Liqasının qalibi olduqları üçün Superkubok matçına vəsiqə qazanıblar.

İndiyədək yeddi dəfə Superkubok matçında iştirak edən “Real Madrid” aktivinə dörd qələbə yazdırıb. “Ayntraxt” isə belə bir matça ilk dəfə çıxacaq.

Geri dön