Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Monqolustanda Göytürk Xaqanlığı dövrünə aid önəmli tapıntılar aşkarlanıb
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Xəbərlər, Türk dünyası-Turan > Monqolustanda Göytürk Xaqanlığı dövrünə aid önəmli tapıntılar aşkarlanıb

Monqolustanda Göytürk Xaqanlığı dövrünə aid önəmli tapıntılar aşkarlanıb


Pandemiya dövründə fasilə verilən, bu il yenidən başladılan qazıntılar nəticəsində Göytürk Xaqanlığı dövrünə aid önəmli tapıntılar aşkarlanıb.

Arhangay bölgəsində yeni ortaya çıxarılan Nomqon abidə kompleksi bütün xüsusiyyətlərinə görə Bilgə xaqan və Kültəgin abidə komplekslərinə bənzəyir.

Sözügedən kompleksdə insan, aslan, qoç heykəlləri və ortasında quyu olan qurbangah daşı mövcuddur.

Külliyənin qarşısında şərq istiqamətində 40-dan çox balbal daş sıralanıb. Balbal daşlardan beşinin üzərində Türk Xaqanlığının qurucu nəslinə aid “Dağ keçisi” damğası (möhürü) müəyyən edilib.

Ötükən çölündə aşkarlanan bu külliyə Kültəgin və Bilgə Xaqan komplekslərindən 80 kilometr aralıda yerləşir.

Kompleks Hanqay dağının Köynə, Böyük Nomqon və Kiçik Nomqon silsilələri ilə əhatə olunub.
Qeyd edək ki, Beynəlxalq Türk Akademiyasının bir neçə il öncə başlatdığı qazıntılar davam etdiriləcək

Geri dön