Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Vladimir Putin və Si Cinpin G20 liderlərinin sammitində iştirak edəcəklər
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Xəbərlər, Siyasət > Vladimir Putin və Si Cinpin G20 liderlərinin sammitində iştirak edəcəklər

Vladimir Putin və Si Cinpin G20 liderlərinin sammitində iştirak edəcəklər


Rusiya Prezidenti Vladimir Putin və Çin Xalq Respublikasının Sədri Si Cinpin G20 ölkələri liderlərinin Balidə keçiriləcək sammitində iştirak edəcəklər.

Bu barədə İndoneziya Prezidenti Coko Vidodo Bloomberg agentliyinə müsahibəsində bildirib.

“Si Cinpin gələcək, Prezident Vladimir Putin də mənə gələcəyini söyləyib”, - deyə agentlik C.Vidodonun sözlərini sitat gətirib. İndoneziya Prezidenti, həmçinin qeyd edib ki, sammitdə böyük dövlətlərin liderlərinin dialoqu üçün kifayət qədər geniş məkan olacaq.

Qeyd edək ki, G20 ölkələri liderlərinin sammiti noyabrın 15-16-da Bali adasında keçiriləcək.

Geri dön