Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Prezidentin Təhlükəsizlik Xidmətinin hərbi qulluqçularının bir qrupu təltif edilib
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Xəbərlər, Sosial > Prezidentin Təhlükəsizlik Xidmətinin hərbi qulluqçularının bir qrupu təltif edilib

Prezidentin Təhlükəsizlik Xidmətinin hərbi qulluqçularının bir qrupu təltif edilib


Avqustun 22-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Prezidentin Təhlükəsizlik Xidmətinin hərbi qulluqçularının təltif edilməsi ilə bağlı Sərəncam imzalayıb

Sərəncama əsasən, Xidməti vəzifələrini yerinə yetirərkən fərqləndiklərinə görə Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidmətinin 47 əməkdaşı təltif olunub. Xidmətin əməkdaşlarından bir nəfər 1-ci dərəcəli “Vətənə xidmətə görə”, bir nəfər 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni, yeddi nəfər “Vətən uğrunda”, səkkiz nəfər “İgidliyə görə”, 29 nəfər isə “Hərbi xidmətlərə görə” medalları ilə təltif edilib.

Prezidentin digər Sərəncamı ilə bir nəfərə general-mayor ali hərbi rütbəsi verilib.

Geri dön