Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Avstriya dövlət başçısı keçirdiyi qəzaya görə seçki kampaniyasına fasilə verib
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Xəbərlər, Siyasət > Avstriya dövlət başçısı keçirdiyi qəzaya görə seçki kampaniyasına fasilə verib

Avstriya dövlət başçısı keçirdiyi qəzaya görə seçki kampaniyasına fasilə verib


Avstriyanın dövlət başçısı Aleksander Van der Bellen avqustun 21-də dağlıq ərazidə gəzinti turunda yıxılaraq zədələnib.

Tirol federal əyalətinin Kaunerqrat təbiət parkında baş vermiş qəzadan sonra A.Van der Bellen yaxınlıqdakı xəstəxanaya çatdırılıb. Dəridə sıyrılma və yüngül kəllə-beyin travması diaqnozu qoyulan pasiyentə gecəni xəstəxanada keçirmək tövsiyə olunub.

Hofburq sarayından verilən məlumata görə, Federal Prezidentin Alpbax Forumu çərçivəsində görüşləri təxirə salınıb, eləcə də oktyabr ayında keçiriləcək növbəti prezident seçkiləri ilə əlaqədar Tiroldakı seçki kampaniyasına fasilə verilib.

Geri dön