Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > “Sanco” çərpələnglərinin Azərbaycanda nümayişi iki ölkənin regionları arasında əməkdaşlığa müsbət təsir göstərəcək
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm, Mədəniyyət > “Sanco” çərpələnglərinin Azərbaycanda nümayişi iki ölkənin regionları arasında əməkdaşlığa müsbət təsir göstərəcək

“Sanco” çərpələnglərinin Azərbaycanda nümayişi iki ölkənin regionları arasında əməkdaşlığa müsbət təsir göstərəcək


Sanco” çərpələnglərinin Azərbaycan şəhərlərində nümayişi Yaponiyanın regionları ilə əməkdaşlığa müsbət təsir göstərəcək.

Bu sözləri Sanco şəhərinin meri Ryo Takizava Sanco Çərpələngləri Assosiasiyasının Azərbaycana səfərdən qayıdan üzvləri ilə görüşdə deyib.

Görüş zamanı şəhərin merinə Azərbaycana səfərin yekunları barədə ətraflı məlumat verilib.

Qeyd edilib ki, Bakı və Lənkəran şəhərlərində keçirilən tədbirlər yerli sakinlər tərəfindən böyük marağa səbəb olub.

Yaponiyanın Azərbaycandakı səfirliyinin təşəbbüsü ilə keçirilən çərpələng nümayişləri həm uşaqlar və gənclər, həm də yerli media tərəfindən böyük sevinclə qarşılanıb.

Yaponiyanın Azərbaycanla bir çox sahələrdə uğurla əməkdaşlıq etdiyini vurğulayan mer, bu səfərin də iki dost ölkənin regionları arasında əməkdaşlığın inkişafına müsbət təsir edəcəyini deyib.

Assosiasiyanın sədri Sudo Keniçi Azərbaycanda Yaponiyaya böyük hörmət və marağın olduğunu, burada yapon dilinin tədris olunduğu məktəb və universitetlərin fəaliyyət göstərdiyini bildirib.

Geri dön