Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > FHN: Abşeronda yaşayış binasında yaranmış təhlükə aradan qaldırılıb
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Xəbərlər, Sosial > FHN: Abşeronda yaşayış binasında yaranmış təhlükə aradan qaldırılıb

FHN: Abşeronda yaşayış binasında yaranmış təhlükə aradan qaldırılıb


Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Abşeron rayonu, Xırdalan şəhəri ərazisində yerləşən “Abşeron Gənclər Şəhərciyi” yaşayış kompleksində çoxmərtəbəli yaşayış binasının fasadında kondisioner mühərrikinin asılı vəziyyətdə qalaraq vətəndaşlar üçün təhlükə törətməsi barədə məlumat daxil olub.

Nazirliyin mətbuat xidmətindən bildiriblər ki, daxil olan məlumat əsasında FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinın xilasediciləri dərhal hadisə yerinə cəlb olunub.

Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən onbirmərtəbəli yaşayış binasının 7-ci mərtəbəsində fasad hissədə kondisioner mühərrikinin asılı vəziyyətdə qaldığı və hər an qırılaraq ətrafdakı insanlar üçün təhlükə törətmə riskinin yüksək olduğu müəyyən edilib.

Xilasedicilər xüsusi xilasetmə vasitələrindən, o cümlədən alpinist ləvazimatlarından istifadə etməklə kondisioner mühərrikini götürüb kənarlaşdıraraq təhlükəni aradan qaldırıblar.

Geri dön