Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Mahnı Teatrında “Herkules” adlı müzikl-tamaşa göstəriləcək
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Xəbərlər, Mədəniyyət > Mahnı Teatrında “Herkules” adlı müzikl-tamaşa göstəriləcək

Mahnı Teatrında “Herkules” adlı müzikl-tamaşa göstəriləcək


Sentyabrın 17-də Rəşid Behbudov adına Dövlət Mahnı Teatrında musiqi, rəqs və interaktiv uşaq oyunları ilə rəngarəng “Herkules” adlı müzikl-tamaşa nümayiş olunacaq.

Müzikl-tamaşada balaca seyrçilər bir-birindən maraqlı musiqi parçaları və rəqs nömrələri ilə əyləncəli vaxt keçirəcəklər.

Qeyd edək ki, tamaşada Herkulesin sərgüzəştləri haqqında inanılmaz hekayə təqdim olunacaq. Eyni zamanda o, məkrli əmisi, yeraltı dünyanın tanrısı Hades ilə qarşılaşmalı olacaq.

Biletləri iTicket.az saytı və şəhərin kassalarından əldə etmək mümkündür.

Geri dön