Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Müdafiə Nazirliyi: Orduda qan komponentlərinin çatışmazlığı ilə bağlı məlumatlar əsassızdır
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Xəbərlər, Siyasət > Müdafiə Nazirliyi: Orduda qan komponentlərinin çatışmazlığı ilə bağlı məlumatlar əsassızdır

Müdafiə Nazirliyi: Orduda qan komponentlərinin çatışmazlığı ilə bağlı məlumatlar əsassızdır


Bəzi sosial şəbəkə hesablarında guya xeyli sayda yaralılarımızın mövcudluğu və onlara qan lazım olması ilə bağlı əsassız məlumatlar paylaşılır. Bildiririk ki, Azərbaycan Ordusunda qan komponentləri ehtiyatları ilə bağlı heç bir problem yoxdur.

Bu barədə Müdafiə Nazirliyindən bildirilib.

“Ehtiyac olarsa Ordumuzun qan və qan komponentlərinə olan tələbatı Müdafiə Nazirliyinin Baş Klinik Hospitalının Qan Bankı bölməsi tərəfindən tam təmin ediləcək.

Vətəndaşlarımızı bu cür yalan məlumatlara aldanmamağa və rəsmi təsdiqini tapmayan məlumatları paylaşmamağa çağırırıq”, -deyə nazirlikdən qeyd edilib.

Geri dön