Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Bakı İrəvandan bunları tələb edir - Paşinyanın arvadının qəzeti 5 tələbi DƏRC ETDİ
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm, Siyasət, Hərb > Bakı İrəvandan bunları tələb edir - Paşinyanın arvadının qəzeti 5 tələbi DƏRC ETDİ

Bakı İrəvandan bunları tələb edir - Paşinyanın arvadının qəzeti 5 tələbi DƏRC ETDİ


Azərbaycan son danışıqlarda rəsmi İrəvan qarşısında 5 əsas tələb qoyub.

Bu barədə Ermənistan baş nazirinin həyat yoldaşı Anna Akopyanın baş redaktoru olduğu "Haykakan Jamanak" qəzeti etibarlı mənbəyə istinadən bildirib.

Xəbərdə deyilir ki, hazırkı danışıqlar zamanı rəsmi Bakı Ermənistandan aşağıdakıları tələb edir:

- İrəvan “Dağlıq Qarabağ ordusu”nu buraxmalıdır;
- Dağlıq Qarabağı heç bir muxtariyyət olmadan Azərbaycanın bir hissəsi kimi tanımalıdır, yəni sıfır statusla;
- Ermənistan ərazisindən Naxçıvan istiqamətinə dəhliz açmalıdır;
- 1919, 1920-ci illərin xəritələrinə əsasən sərhədin delimitasiyası və demarkasiyası prosesi həyata keçirilməlidir;
- Ermənistan itkin düşmüş azərbaycanlıların taleyinə aydınlıq gətirməlidir (Söhbət Birinci Qarabağ müharibəsində itkin düşmüş və əsir götürüldüyü güman edilən 4 min azərbaycanlıdan gedir-red.).


"Haykakan Jamanak" qəzeti qeyd edir ki, Azərbaycanla hərtərəfli sülhə nail olmaq üçün bu tələblər ya yerinə yetirilməli, ya kompromisvariant tapılmalıdır, ya da Bakı onlardan əl çəkməyə məcbur edilməlidir (inandırılmalıdır).


Qəzet yaxın günlərdə Rusiya, ABŞ, İran və Avropa İttifaqının bu danışıqlarla bağlı nə istədiyini də dərc edəcəyini vəd edib.

Geri dön