Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Ermənistan dezinformasiya yaymaqla təxribat əməllərini gizlətməyə çalışır
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm, Siyasət, Hərb > Ermənistan dezinformasiya yaymaqla təxribat əməllərini gizlətməyə çalışır

Ermənistan dezinformasiya yaymaqla təxribat əməllərini gizlətməyə çalışır


Azərbaycan Ordusu bölmələrinin minaatan və iriçaplı silahlardan istifadə etməklə Ermənistan silahlı qüvvələrinin mövqelərini guya atəşə tutması barədə oktyabrın 5-də yayılan məlumat qarşı tərəfin növbəti dezinformasiyasıdır.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildirilib ki, dünən axşam saatlarında məhz Ermənistan tərəfi Basarkeçər rayonunun İstisu yaşayış məntəqəsi istiqamətindəki döyüş mövqelərindən Azərbaycan Ordusunun üzbəüz mövqelərini atıcı silahlardan atəşə tutub.

“Bildiririk ki, Azərbaycan Ordusunun bölmələri yalnız Ermənistan tərəfindən törədilmiş təxribatlara qarşı cavab tədbirləri görür. Növbəti dəfə vəziyyətin gərginləşdirilməsinə görə məsuliyyət tamamilə Ermənistanın hərbi-siyasi rəhbərliyinin üzərinə düşür”,- deyə məlumatda qeyd edilib.

Geri dön