Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > “Avroviziya-2023” mahnı müsabiqəsi Liverpulda keçiriləcək
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm, Mədəniyyət > “Avroviziya-2023” mahnı müsabiqəsi Liverpulda keçiriləcək

“Avroviziya-2023” mahnı müsabiqəsi Liverpulda keçiriləcək


“Avroviziya-2023” beynəlxalq mahnı müsabiqəsinə ev sahibliyi edəcək şəhərin adı açıqlanıb.

Müsabiqə ”Bitlz”in vətəni olan Liverpul şəhərində təşkil ediləcək.

Qaydalara uyğun olaraq, mahnı müsabiqəsi qalib ölkədə - Ukraynada keçirilməli idi. Lakin Avropa Yayım Birliyi (EBU) təhlükəsizlik nöqteyi-nəzərindən yarışmanın başqa ölkədə keçirilməsini qərara alıb. Sonuncu “Avroviziya”da ikinci yeri Britaniya müğənnisi tutduğundan müsabiqəyə ev sahibliyi etmək hüququ Birləşmiş Krallığa verilib.

Böyük Britaniya əvvəllər “Avroviziya”nı səkkiz dəfə qəbul edib. Lakin müsabiqə heç vaxt Liverpulda keçirilməyib. “Avroviziya-2023” 11 min tamaşaçı tutan, yaxınlığında konfrans mərkəzi, hotellər və dəmir yolu vağzalı olan liman arenasında - M&S Bank Arenada keçiriləcək.

“Avroviziya” 1956-cı ildən keçirilməyə başlayan ən populyar musiqi tədbirlərdən biridir, onun 600 milyonadək tamaşaçı auditoriyası var.

Geri dön