Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > “Köhnə radio” sənədli filminin təqdimatı olub
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm, Mədəniyyət > “Köhnə radio” sənədli filminin təqdimatı olub

“Köhnə radio” sənədli filminin təqdimatı olub


Oktyabr 15-də Şəki şəhərindəki Heydər Əliyev Mərkəzində “Köhnə radio” qısametrajlı sənədli filminin təqdimatı olacaq.

Ssenari müəllifi və prodüseri Şirin Məlikova və rejissoru Mübariz Nağıyev olan sənədli film Şəki sakini, 90 yaşlı Rasim Məmmədovun ömür yoluna fokuslanır.

Ömrünün 70 ilini dərzilik sənətinə həsr edən sənətkar Rasim Məmmədovun keçdiyi həyat yolu, bu gün də həvəslə davam etdirdiyi fəaliyyəti, iş təcrübəsi filmdə öz əksini tapıb. Bundan başqa, filmdə bir vaxtlar Şəkinin ən məşhur ustası kimi tanınan, bütün növ qadın-kişi geyimlərini yüksək peşəkarlıqla yaradan R.Məmmədovun sənətinə olan böyük sevgisi göstərilir, müasir Şəkinin fonunda onun köhnə dərzi atelyesi insanı keçmişə səyahət etdirir.

“Köhnə radio” qısametrajlı sənədli filminin təşkilati dəstəyi Şəki Şəhər İcra Hakimiyyətinə aiddir

Geri dön