Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Dünya çempionatı: Şahmatçılarımızdan iki qələbə, iki heç-heçə
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm, İdman > Dünya çempionatı: Şahmatçılarımızdan iki qələbə, iki heç-heçə

Dünya çempionatı: Şahmatçılarımızdan iki qələbə, iki heç-heçə


İtaliyada 20 yaşa qədər şahmatçılar arasında dünya çempionatı davam edir.

Şahmatçılarımız dördüncü turda mübarizə aparıblar. Kişilərin turnirində liderlər qrupunda yer alan Abdulla Qədimbəyli dördüncü turda Almaniya təmsilçisi Frederik Svanla heç-heçə edib, digər təmsilçimiz Məhəmməd Muradlı isə xorvatiyalı Borna Kotikə qalib gəlib.

Qızların yarışında ilk üç turu qələbə ilə başa vuran Gövhər Beydullayeva ukraynalı Yelizaveta Hrebenşikova ilə xalı yarı bölüb. Ləman Hacıyeva isə avstraliyalı Jodi Modeltona qalib gəlib.

Beləliklə, ötən turların nəticəsinə görə, komandamızın üzvləri A.Qədimbəyli və G.Beydullayeva 3,5, M.Muradlı və L.Hacıyeva isə hərəyə 2 xal qazanıblar.

Qeyd edək ki, İsveçrə sistemi üzrə keçirilən turnir 11 raunddan ibarətdir.

Geri dön