Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Bu il qeydiyyat üçün DMX-ya müraciət edən əcnəbilərin sayı açıqlanıb
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm, Sosial > Bu il qeydiyyat üçün DMX-ya müraciət edən əcnəbilərin sayı açıqlanıb

Bu il qeydiyyat üçün DMX-ya müraciət edən əcnəbilərin sayı açıqlanıb


2022-ci ilin 9 ayı ərzində Dövlət Miqrasiya Xidmətinə əcnəbilər və vətəndaşlığı olmayan şəxslər tərəfindən müvəqqəti olma müddətinin uzadılması, müvəqqəti və daimi yaşamaq üçün icazələrin alınması, vətəndaşlığa qəbul, bərpa, vətəndaşlıqdan çıxma, eləcə də vətəndaşlıq mənsubiyyətinin və qaçqın statusunun müəyyənləşdirilməsi, həmçinin əmək fəaliyyətinin həyata keçirilməsi üçün iş icazəsinin alınması və müddətinin uzadılması ilə bağlı 88926 müraciət daxil olub.

DMX-dən bildirilib ki, müraciətlərin hər biri qanunvericiliyin tələblərinə uyğun olaraq araşdırılıb və müvafiq qərarlar qəbul edilib.
Müvafiq dövr ərzində olduğu yer üzrə qeydiyyatla bağlı 228493 əcnəbi və vətəndaşlığı olmayan şəxsin müraciəti qeydə alınıb.

Bundan başqa, Azərbaycan Respublikasında miqrasiya sahəsində, o cümlədən inzibati qanunvericiliyin tələblərinin pozulması ilə bağlı Dövlət Miqrasiya Xidməti tərəfindən 12964 qərar qəbul edilib.

Geri dön