Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Milli Dirçəliş Hərəkatı (MDH) partiyasının Bəyanatı
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Xəbərlər, Siyasət, Özəl xəbər, Fərəc Quliyev > Milli Dirçəliş Hərəkatı (MDH) partiyasının Bəyanatı

Milli Dirçəliş Hərəkatı (MDH) partiyasının Bəyanatı


Bu gün -17.10 .2022-ci il tarixdə MDH ali məclisin rəyasət heyyəti və department rəhbərlərinin birgə iclasında müzakirələrdə Fransa dövləti və Makronun Azərbaycana qərəzli mövqeyinə aid də bəyanat qəbul olundu.

Milli Dirçəliş Hərəkatı (MDH) partiyasının Bəyanatı.

Ermənistanın son təxribatının cəzasızlıq mühiti və “ tərəfdarlarının” ağılsız təhrikindən qaynaqlandığı anlaşılırdı.
Fransanın prezidenti Makronun mövqeyindən aydın olur ki, Azərbaycanla Ermənistan arasında çıxan son döyüşlərdə Fransanın marağı və dolayısı ilə əli var.
Göründüyü qədər bölgədə sabitliyi təmin etmək üçün Fransa nəinki səmimi davranmır,həm də qeyri –sabitlik yaranmasında maraqlıdır.
- Təcavüzkarı cəzalandırma mexanizmi ikili standartla deyilsə Fransa , Ukranyaya müdaxiləyə görə Rusiyaya tətbiq olunan sanksiyaları Ermənistana da tətbiq etməli və daxil olduğu birlikəri də buna çağırmalı idi ;
- Ermənistana revanşist hərəkətlərinə görə haqq qazandırmamalı və ayırdığı yardımları dayandırmalı idi ;
-Fransanın da səs verərək qəbulunda iştirak etdidyi BMT qətnamələrində etiraf olunduğu kimi Azərbaycan əraziləri Ermənistan tərəfindən işğal olunub dağıdıldığından Ermənistanın Azərbaycana təzminat ödəməsi üçün təsir göstərməli idi ;
-Fransa bölgədə sülh istəyirsə Ermənistanın demillitarizasiyasına təşəbbüs göstərməli idi;
- Fransa Xankendi və ətraf ərazilərindən ermənistanın işğalı zamanı qovulmuş azərbaycanlıların yurdlarının bərpa olunmasına və məskunlaşmasına yardımlar ayırmalı idi.
Fransa bu cür davransaydı bölgəyə sülh gətirmək istəyinə inanmaq olardı.
Fransanın ” narahat” olduğu, əslində təhriki ilə yaratdığı son hadisələrin bitmiş münaqişə ilə bağlılığı yoxdur, bu Ermənistan Azərbaycan arasında yeni müharibə səbəbidir.
Ermənistan öz ərazisindən Azərbaycan ərazilərini atəşə tutmaqla Ermənistan ərazindəki təhdid nöqtələrini Azərbaycan tərəfi üçün legitim hədəfə çeviribdir.Fransa bu legitim hədəflərin məhv edilməsini istəmirsə Ermənistanı təxribatlardan çəkindirməlidir.
Azərbaycan müstəqillik aktında təsbit olunub ki ”Azərbaycanın suverenliyi şəksizdir və bütün ərazisinə şamil olunur.” Hansı dövlətin ,o cümlədən Fransanın nə düşünməyindən asılı olmayaraq unitar dövlətimizin suverenliyi, ərazi bütövlüyünü sonadək qoruyacağıq.
Biz Milli Dirçəliş Hərəkatı (MDH) partiyası olaraq bütün imkanlarımızla ordumuzun və Ali Baş Komandanın yanındayıq.
Ölkəmizə düşmən kimi gələnlərə yalnız torpağmızın altında yer vardır!


MDH Mətbuat xidməti


Geri dön