Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Moldovada səfərbərlik elan edilə bilər
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm, Siyasət > Moldovada səfərbərlik elan edilə bilər

Moldovada səfərbərlik elan edilə bilər


Ukraynadakı hərbi əməliyyatlar sərhədə yaxınlaşarsa Moldovada səfərbərlik elan edilə bilər.

Bunu Moldova televiziyasına müsahibəsində ölkənin müdafiə naziri Anatoli Nosatı məlumat verib.
“Səfərbərlik elan edilməsi üçün Ukrayna cəbhəsində vəziyyətin köklü şəkildə dəyişməsi şərtdir: hərbi əməliyyatlar Moldova sərhədinə yaxınlaşarsa və ya silahlı qüvvələrin kütləvi yerdəyişməsi olarsa səfərbərlik elan edilə bilər” – deyə nazir qeyd edib.

Nazir əlavə edib ki, Ukraynadan kütləvi qaçqın axını zamanı da səfərbərlik elan edilməsi istisna deyil.

Geri dön