Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Ölkəmiz Asiya Hekayəçilik Komitəsinin daimi üzvü seçilib
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm, Mədəniyyət > Ölkəmiz Asiya Hekayəçilik Komitəsinin daimi üzvü seçilib

Ölkəmiz Asiya Hekayəçilik Komitəsinin daimi üzvü seçilib


Koreya Respublikasının Kvanju şəhərində Asiya Hekayəçilik Komitəsinin 14-cü iclası keçirilib.

Asiya Mədəniyyət Mərkəzinin dəvəti ilə Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin nümayəndəsi Akif Marifli Komitənin iclasında müşahidəçi qismində iştirak edib.

Nazirlikdən bildirilib ki, İclasın gündəliyində olan məsələlərin müzakirəsi aparılıb, komitənin son bir il ərzində fəaliyyətinə dair hesabatı dinlənilib. Eyni zamanda iclas zamanı Azərbaycan komitənin daimi üzvü seçilib.

Məlumat üçün bildiririk ki, Asiya Hekayəçilik Komitəsi Koreya Respublikasının Mədəniyyət, İdman və Turizm Nazirliyinin nəzdindəki Asiya Mədəniyyət Mərkəzinin vasitəçiliyi ilə 2009-cu ildə Mərkəzi Asiya ölkələrinin (Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Türkmənistan, Tacikistan) mədəniyyət nazirlikləri ilə əməkdaşlıq çərçivəsində yaradılıb.

Beynəlxalq incəsənət və mədəniyyət mübadiləsi təşkilatı olan Asiya Mədəniyyət Mərkəzi fəaliyyətini Asiya mədəniyyəti ilə bağlı mübadilə, təhsil, tədqiqat və digər istiqamətlər üzrə Asiya ölkələri ilə qarşılıqlı anlaşma və əməkdaşlıq çərçivəsində həyata keçirir.

Mərkəz eyni zamanda Asiyadan, o cümlədən dünyanın müxtəlif hissəsindən iştirakçılar üçün sərbəst birləşmək və fikirlərini mübadilə etmək üçün inteqrasiya olunmuş platforma rolunu oynayır.

Geri dön