Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > İtaliyada yeni hökumət parlamentdəki ilk etimad səsverməsindən keçib
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm > İtaliyada yeni hökumət parlamentdəki ilk etimad səsverməsindən keçib

İtaliyada yeni hökumət parlamentdəki ilk etimad səsverməsindən keçib


İtaliyada Baş nazir Giorgia Meloninin rəhbərliyi ilə qurulan yeni - 68-ci hökumət parlamentdəki etimad səsverməsinin birinci mərhələsindən keçib.

İtaliya parlamentinin aşağı palatası olan Deputatlar Palatasında G.Meloninin formalaşdırdığı hökumətə etimad səsverməsi olub. Dörd yüz yerlik Deputatlar Palatasında 389 parlamentarinin iştirakı ilə keçirilən səsvermədə 235 nəfər Meloni hökumətinin lehinə, 154-ü isə əleyhinə səs verib.

Yeni hökumət üzvləri parlamentin yuxarı palatası olan Senata da müraciət edəcək, etimad səsverməsi keçiriləcək.

Sentyabrın sonunda keçirilmiş seçkilərdə sağçı koalisiya parlamentin hər iki palatasında səs çoxluğu qazandığı üçün Meloni hökumətinin Senatdakı etimad səsverməsini də çətinlik çəkmədən keçəcəyi gözlənilir.

Nihad Budaqov

Geri dön